AZ

Elektrobusların enerji DƏRDİ – Yayda da kondisioner işlətməyəcəklər?

Son zamanlar ölkəmizə 160-dan çox elektrobus gətirilib. Və onlar artıq sərnişinlərin istifadəsinə verilib. Lakin çox qısa zamanda həmin elektrobuslarda bəzi qüsurlar üzə çıxıb. Bəlli olmayan səbəblərə görə elektrobuslar yollarda qalır. Elektik enerjisi isə deyildiyi qədər kifayət eləmir.

Diqqət çəkən məqamlardan biri də odur ki, elektrik enerjisinə qənaət məqsədi ilə sürücülər elektrobusdakı isitmə sistemini işə salmırlar.

Belə çıxır ki, qarşıdan gələn yaz-yay mövsümündə 30-35 dərəcə istidə bu avtobuslar kondisoner işlədə bilməyəcəklər.

Əks-təqdirdə elektrobuslardakı elektik ehtiyatı daha tez bitəcək...

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən nəqliyyat üzrə ekspert Aslan Əsəd deyib ki, alınan avtobusların texniki parametrlərinə xüsusi diqqət edilməlidir:
 

MÖVZU İLƏ BAĞLI:

Bakı metrosunun havasızlıq PROBLEMİ – İctimai nəqliyyat, yoxsa "hamam otağı"?


“Əks halda xoşagəlməz hadisələrlə daha çox rastlaşacağıq. Məlumdur ki, soyuq havalarda elektrik enerjisi itkiyə daha çox gedir. Amma isti yay günlərində də güclü enerji lazım olur. Çünki yeni nəsil avtobuslar kondisionerlə təhciz edilib. Kondisionerin işləməsi isə daha çox enerji itkisi deməkdir. Yəqin ki, vəziyyəti biz əyani şəkildə isti günlərdə görəcəyik”.

Ekspert bildirib ki, elektrik enerjisinə qənaətə bir sıra amillər təsir edir:

“Hətta elektrobusların rəngi də bu məsələdə rol oynayır. Yəqin ki, yay aylarında şəhərimizdəki elektrobuslar ağ rəngə boyanacaq. Çünki bəzi rənglər günəş enerjisini özünə daha çox çəkir. Nəzərə alaq ki, elektrobuslar əsasən 20-25 dərəcə istidə daha effektif işləyir. Şaxtalı havalarda və isti yay günlərində elektrobuslar daha çox enerji sərf edir. Ona görə də isti yay günləri yaxınlaşmadan bu məsələyə diqqət edilməlidir”.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
0
bizim.media

1Mənbələr