Brent markalı neftin qiyməti 2026-cı ildə 2025-ci ilə nisbətən 11 faiz azalaraq 74,31 dollardan 66,46 dollara düşəcək.
Turkustan.az xəbər verir ki, bu, ABŞ Energetika Nazirliyinin proqnozunda əksini tapıb. Nazirliyə görə, buna kommersiya neft ehtiyatlarının artması səbəb olacaq.
Bundan əlavə, Energetika Nazirliyi cari ildə ölkədə neft hasilatı proqnozunu sutkada 30 min barel artıraraq 13,55 milyon barelə çatdırıb. 2026-cı ildə agentlik ABŞ-da neft hasilatının sutkada 13,62 milyon barelə qədər artacağını gözləyir.
ABŞ Energetika Nazirliyinin ekspertlərinin fikrincə, yaxın iki ildə neft təklifinin ona olan tələbatı üstələməsi səbəbindən neftin qiyməti aşağı istiqamətli təzyiq altında olacaq. Belə ki, qurumun təqdim etdiyi məlumatlara görə, neft təklifinin artımı 2025-ci ildə tələbin artımını sutkada 0,5 milyon, 2026-cı ildə isə sutkada 0,4 milyon barel üstələyəcək. Bundan əlavə, qlobal kommersiya neft ehtiyatları bu il 0,3 milyon barel, gələn il isə 0,7 milyon barel artacaq.
Bütün bunlar, hesabatda vurğulandığı kimi, Brent neftinin qiymətinin 2025-ci ildə 8 faiz, 2026-cı ildə isə daha 11 faiz azalmasına səbəb olacaq.
WTI markalı xam neftin qiyməti 2025-ci ildə 70,31 dollar, 2026-cı ildə isə 62,46 dollar səviyyəsində proqnozlaşdırılır./Musavat.com/
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta