AZAL-ın qəzaya uğrayan təyyarəsinin “qara qutuları” Braziliyadan Astanaya gətirilərək, hadisənin səbəblərini araşdıran komissiyaya təhvil verilib.
Heftelik.az xəbər verir ki, bu barədə Qazaxıstanın Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, növbəti mərhələdə komissiya hadisənin nəticələri ilə bağlı yekun rəyini verəcək.
Qeyd edək ki, 2024-cü il dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.