AZ

Almaniya Ukraynaya 60 milyon avroluq hərbi yardım verəcək

Almaniya Ukraynaya “Iris-T” hava hücumundan müdafiə sistemi üçün öz ehtiyatlarından 60 raket verəcək.

“7Times.az ” xəbər verir ki, bu barədə Almaniya mətbuatı Bundesverin məlumatına istinadən xəbər verir.

Ümumilikdə, Ukrayna 60 milyon avro məbləğində hərbi yardım alacaq. Yardım paketinə 600 ədəd HF-1 zərbə PUA-sı, 50 ədəd “Vector” kəşfiyyat PUA-sı (ehtiyat hissələri ilə birlikdə), 20 ədəd zirehli avtomobil, “Leopard 1” tankları üçün 105 mm kalibrli mərmilər, 11 min ədəd 120 mm-lik minaatan mərmi və s. daxildir.

Seçilən
3
5
7times.az

6Mənbələr