AZ

Türkiyənin büdcə kəsirində yeni rekord qeydə alındı - Rəqəmlər

Türkiyənin dövlət büdcəsi 2024-cü ili rekord səviyyədə kəsirlə başa vurub.

Valyuta.Az xəbər verir ki, Xəzinə və Maliyyə Nazirliyinin məlumatlarına əsasən, dekabr ayında büdcə kəsiri 829,2 milyard TL təşkil edib.  

Hesabatlara görə, 2024-cü ildə büdcə kəsiri 2,1 trilyon TL olub ki, bu da rekord səviyyədə kəsir deməkdir. Müqayisə üçün, 2023-cü ildə büdcə kəsiri 1,4 trilyon TL idi.  

Orta müddətli proqram ("OMP") məlumatlarına əsasən aparılan hesablamalara görə, 2024-cü ildə büdcə kəsirinin ümumi daxili məhsula ("ÜDM") nisbəti 4,8% olub. Son "OMP"də bu göstəricinin 4,9% olacağı proqnozlaşdırılmışdı. Beləliklə, "OMP"dəki hədəflə uyğun bir nəticə əldə olunub.  

Dekabr ayında büdcə xərcləri 1,7 trilyon TL olduğu halda, büdcə gəlirləri 878 milyard TL civarında qalıb. Həmin dövrdə faizsiz büdcə xərcləri 1 trilyon 631,5 milyard TL, faizsiz kəsir isə 754 milyard TL olaraq qeydə alınıb.  

2024-cü ilin yanvar-dekabr dövründə mərkəzi idarəetmə büdcə xərcləri 10 trilyon 777 milyard TL, büdcə gəlirləri isə 8 trilyon 670,9 milyard TL olub. Büdcə kəsiri isə 2 trilyon 106,1 milyard TL təşkil edib.  

Faizsiz büdcə xərcləri 9 trilyon 506,6 milyard TL, faizsiz kəsir isə 835,7 milyard TL olaraq qeydə alınıb.  

Rəhim

Seçilən
1
valyuta.az

1Mənbələr