AZ

Əbdül Xalidin köməkçisi: "Hələ də reanimasiya şöbəsindədir"

Xəstəxanaya yerləşdirilən müğənni Xaliq Quliyevin (Əbdül Xalid) son durumu haqqında məlumat verilib.

İfaçının köməkçisi Nicat Quliyev Teleqraf.com-a açıqlamasında bildirib ki, Xaliq Quliyev hələ də xəstəxananın reanimasiya şöbəsindədir.

"Reanimasiyadan palataya nə zaman köçürüləcəyini bilmirik. Çünki ötən gün öd kisəsi əməliyyatı keçirib. Amma xəstəxanaya ağır formada çatdırılmışdı",-deyə o, əlavə edib.

Qeyd edək ki, ifaçıya kəskin xolesistit (öd kisəsi iltihabı) diaqnozu qoyulub. Ona laparoskopik xolesistektomiya (öd kisəsinin çıxarılması) əməliyyatı icra edilib.



Müəllif: Rəqsanə Həsənova
Seçilən
2
teleqraf.com

1Mənbələr