AZ

Naxçıvan iqtisadiyyatı böyüyüb

Bakı. Trend:

Ötən il Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsulistehsalı (ÜDM) 1,5 milyard manat olub.

Muxtar respublikanın Dövlət Statistika Komitəsinin mətbuatxidmətindən Trend-ə verilən məlumata görə, bu göstərici 2023-cüillə müqayisədə 3,1% çoxdur.

Dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsulistehsalı 2,5% artaraq 3 277 manat olub.

Ötən il muxtar respublikada 467,2 milyon manatlıq sənaye məhsuluistehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 8,2% azdır.

Eyni zamanda, ötən il muxtar respublikada əsas kapitala 270,6milyon manat həcmində vəsait yönəldilib ki, bu da illik müqayisədə62,3% artım deməkdir.

Dövr ərzində əsas kapitala yönəldilmiş vəsaitlərin 230,6 milıyonmanatı tikinti-quraşdırma işlərinə sərf edilib ki, bu da 2023-cüillə müqayisədə 68,1% çoxdur.

Seçilən
2
az.trend.az

1Mənbələr