AZ

Həftədə 250 min addım atdı: Bədənindəki dəyişiklik onu ŞOKA SALDI

Jack Massey Uels cəmi yeddi gündə 250.000 addım atdı, bu gündə orta hesabla 35.700 addım (təxminən 17 mil) idi. Bu rəqəm bəzi ekspertlərin tövsiyə etdiyi gündə 10 000 addımdan üç yarım dəfə çoxdur.

News24.az xəbər verir ki, Uels 1,5 milyon dəfədən çox baxılan bir videoda çəkdiyi əziyyəti sənədləşdirib. Britaniyalı yutuber 250 min addım atdıqdan sonra dırnaqlarının qaraldığını, topuqlarının şişdiyini bildirib. Lakin ən təəccüblü olanı onun gəzintidən sonra daha incə bədən ölçülərinə sahib olması olub.

Başlanğıcda Uels, yağ itirmək üçün zülalla zəngin bir pəhriz üzərində dayanıb. Lakin bədəninin müxtəlif yerlərində aparılan ölçmələr başlanğıc və son arasındakı fərqləri ortaya qoyub.

Uels ilk günündə səhər 15.500 addımlıq gəzinti ilə başlayıb və axşam 14.000 addım atmaqla gündəlik hədəfini tamamlayıb.

Lakin dördüncü gün ayaqlarında əzələ ağrıları azalsa da, ayaqlarında oynaq ağrıları artıb. O, beşinci gün ağrıkəsicilərdən istifadə edərək yeriyə bildiyini, altıncı gün isə topuğundakı şişkinliyi hiss etdiyini bölüşüb.

Müsabiqənin sonunda o, 250.000 addımı tamamlayanda "inanılmaz bir müvəffəqiyyət hissi" keçirtdiyini söylədi. O, bu gərgin gedişdən sonra bədənində görünən dəyişikliklərin olduğunu da bildirib: "İlk başladığım vaxtdan daha arıq görünürəm". O, bir həftə ərzində 2 funt (0,9 kq) arıqladığını və qarın yağının azaldığını əlavə edib.

Günel Məlikzadə


Seçilən
4
news24.az

1Mənbələr