AZ

Peskov: Moskva ilə Tehranın hərtərəfli razılaşma sazişini imzalaması ilə Trampın andiçmə mərasiminin tarixinin heç bir əlaqəsi yoxdur

Kremlin mətbuat katibi Dmitri Peskov Moskva ilə Tehran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin imzalanma tarixinin ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın yanvarın 20-də baş tutacaq andiçmə mərasiminin tarixi ilə heç bir əlaqəsi olmadığını bildirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Dmitri Peskov IRNA-ya müsahibəsində deyib.

"Trampın hakimiyyətə gəlişi ərəfəsində İran və Rusiya arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsinin imzalanması tarixinin seçilməsi ilə bağlı çoxsaylı fərziyyələr yalnız təbəssüm yaradır. Qoyun konspirasiya nəzəriyyəçiləri əylənsinlər", - deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian yanvarın 17-də Rusiyaya rəsmi səfərə gələcək. Onun Kreml sarayında Rusiya prezidenti Vladimir Putinlə görüşü və görüş çərçivəsində iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsinin imzalanması planlaşdırılır.

Seçilən
50
42
apa.az

10Mənbələr