AZ

Xocalı sakini: O vaxt kənddən bir ailə çıxmışdıq, indi beş oğlumun ailəsi ilə geri dönürük

Doğma yurda qayıdışın yaratdığı hissləri sözlə ifadə etmək çətindir.

Bunu “Report”un Xocalıya ezam olunan əməkdaşı ilə söhbət zamanı Xocalı sakini Mənsur Rüstəmov deyib.

O, məcburi köçkün həyatı dövründə ən müxtəlif çətinliklərlə üzləşdiklərini xatırladıb:

“Biz Gəncədə məskunlaşmışdıq. Köçkün həyatımız dövründə çox əziyyətlər çəkdik, elin başına gətirilən qara günlərin hər üzünü yaşadıq. Ancaq dövlətin dəstəyini hər zaman hiss elədik.

Son zamanlarda mənzil şəraitimiz yaxşılaşdırılmışdı. Buna baxmayaraq, ruhumuzda doğma yurd həsrətindən yaranan bir narahatlıq vardı.

Bu gün çox sevinirik, hisslərimizi sözlə ifadə etmək çətindir. O vaxt kənddən bir ailə olaraq çıxmışdıq, indi beş oğlumun ailələri ilə geri dönürük”.

Seçilən
4
1
report.az

2Mənbələr