Londonda mağazadan aldığı ülgüclə üzünü kəsən Nik Silverthorn günahın şirkətdə olduğunu iddia edərək məhkəməyə müraciət edib.
Publika.az xəbər verir ki, Londonda 48 yaşlı Nik Silverthorn ilk dəfə mağazadan aldığı ülgücdən istifadə edib.
Silverthornun üzünün hər iki tərəfi kəsilib. Bıçaqlarının nasaz olduğunu iddia edən şəxs şirkətə qarşı iddia qaldırıb. O, 6 min 650 dollar qazanıb.
Silverthorn 20 ildir təraş olduğunu da əlavə edərək, heç vaxt belə bir şey yaşamadığını deyib.