AZ

İsveç vətəndaşlığın verilməsi üçün tələbləri sərtləşdirməyə hazırlaşır

İsveçin Miqrasiya naziri Yohan Forssel vətəndaşlığın verilməsi üçün tələbləri sərtləşdirmək niyyətində olduğunu açıqlayıb. Bu barədə Forssel mətbuat konfransında bildirib.

Bununla bağlı İsveç hökumətinin sifarişi ilə hazırlanan hesabatda vətəndaşlıq statusunun gücləndirilməsinə və insanların cəmiyyətdə fəal iştirak imkanlarının artırılmasına yönəlmiş təkliflər yer alıb.

"Biz indi tələbləri sərtləşdiririk ki, İsveç vətəndaşlığını əldə etmək daha çox şey deməkdir", - Forssell mətbuat konfransında deyib.

Sənədə əsasən İsveçdə yaşama müddəti beş ildən səkkiz ilədək artırılacaq. Borcu, cinayəti olan və ya təhlükəsizlik üçün təhdid hesab edilən şəxslər vətəndaşlıq üçün müraciət edə bilməyəcəklər.

Həmçinin vətəndaşlıq üçün ərizə verənlərə dövlət rüsumunun 1400-dən (154 dollar) 2900 krona (319 dollar) qədər artırılması təklif edilir

Hesabatda İsveç vətəndaşlığının alınması ilə bağlı dəyişikliklərin 2026-cı il iyunun 1-dən qüvvəyə minməsi təklif edilir.

Əziz Mustafa, Oxuməni.az

Seçilən
6
oxumeni.az

1Mənbələr