Rusiya kapitallı "Bank VTB (Azərbaycan)" ASC 2024-cü il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, "Bank VTB (Azərbaycan)" ASC 2024-cü ili 9 milyon 538 min manat xalis mənfəət ilə başa vurub. Bank 2023-cü ili 10 milyon 608 min manat xalis mənfəət ilə bağlamışdı.
Xalis mənfəətin azalması mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olan məbləğin düşməsilə əlaqədardır. Ötən il Bankın gəlirləri artıb.
2023-cü ildə "Bank VTB (Azərbaycan)"ın faiz gəlirləri 26 milyon 949 min manat ikən, 2024-cü ildə 32 milyon 612 min manat yüksəlib (5 milyon 663 min manat artıb). Bankın illik qeyri-faiz gəlirləri isə 8 milyon 23 min manatdan 14 milyon 790 manata qalxıb (6 milyon 767 min manat artıb).
Xəbər yenilənəcək....