Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamla maliyyə yardımı ölkədə mövcud dini konfessiyaların fəaliyyətini dəstəkləmək, habelə dinlərarası həmrəyliyin daha da inkişaf etdirilməsi, dini maarifləndirmə işinin müasir tələblərə uyğun şəkildə qurulması və mütərəqqi mənəvi-əxlaqi dəyərlərin təbliği sahəsində fəaliyyətin gücləndirilməsi məqsədilə ayrılıb.
Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün 2025-ci il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350 min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 350 min manat, Sefarad yəhudilərinin Bakı dini icmasına 350 min manat, Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 350 min manat və Alban-Udi xristian dini icmasına 350 min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 350 min manat ayrılıb.
10Mənbələr
-
ikisahil.azİtaliya saytı Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsindən yazıb ( 14846665)
-
sia.azİtaliya saytı Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsindən yazıb ( 14846303)
-
azertag.azİtaliya saytı Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsindən yazıb ( 14846295)
-
aznews.azAzərbaycandakı dini qurumlara maliyyə yardımı ayrılıb - SƏRƏNCAM ( 14813457)
-
aznews.azAzərbaycandakı dini qurumlara maliyyə yardımı ayrılıb - SƏRƏNCAM ( 14806271)
-
dogru.azAzərbaycanda dini qurumlara maliyyə yardımı göstəriləcək SƏRƏNCAM ( 14806255)
-
news365.azPrezident sərəncam imzaladı ( 14806215)
-
news24.azPrezident sərəncam imzaladı ( 14806069)
-
ekologiya.azPrezident İlham Əliyev MÜHÜM SƏRƏNCAM imzaladı ( 14805557)
-
heftelik.azAzərbaycanda dini qurumlara maliyyə yardımı göstəriləcək – SƏRƏNCAM ( 14805329)