AZ

"Mən hələ də uyğunlaşıram"

"Mançester Siti"nin cinah oyunçusu Savio komandaya qoşulduqdan sonra debüt mövsümündəki çıxışı ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, 20 yaşlı futbolçu bu barədə jurnalistlərə açıqlamasında danışıb.

“Hələ təkmilləşdirməli olduğum çox şey var. Mən daha yaxşı ingilis dilində danışmalıyam ki, meydanda komanda yoldaşlarımla daha rahat ünsiyyət qura bilim. Mən hələ də uyğunlaşıram, amma işlərin necə getdiyindən razıyam və hər zaman yaxşılaşmağa çalışıram."

Ötən ayın sonunda braziliyalı vətəndaşların heyətində ilk qolunu vurub. 20 yaşlı futbolçunun da 8 məhsuldar ötürməsi var.“Mançester Siti” Savionu ötən ilin iyulunda 25 milyon avroya Fransanın “Troyes” klubundan alıb.

Seçilən
0
90deqiqe.az

1Mənbələr