AZ

Bu şəxslərə 1500 manat verilir - SƏBƏB

Ötən ilin noyabr ayında Bakıda keçirilən COP29-da könüllü olan şəxslərə xüsusi pul mükafatı ayrılıb.

Day.Az "Unikal"a istinadən xəbər verir ki, xüsusi pul mükafatının məbləği 1500 manatdır.

Mükafat yalnız Prezident İlham Əliyevin imzası ilə onlara verilən xüsusi təşəkkürnaməni 8-14 yanvar tarixində COP29-dan əldə edən könüllülərə verilir.

Könüllülər şəxsiyyət vəsiqələri ilə müvafiq bank filialına yaxınlaşaraq xüsusi pul mükafatını əldə edə bilərlər.

Seçilən
0
23
day.az

10Mənbələr