AZ

Tramp təlatümü: Dünya İqtisadiyyatını nə gözləyir? - Rəy

Donald Trampın ABŞ-ın 45-ci prezidenti olaraq andiçməsi ilə başlayacaq dövr, dünya iqtisadiyyatında yeni bir təlatümün yaşanmasına səbəb ola bilər. Bütün dünya Trampın tariflərinə hazırlaşır. Bloomberg nəşri yazır ki, Trampın adiçmə mərasimindən sonra qlobal ticarətdə təlatümlər olacaq.Trampın rəhbərliyi altında ABŞ-ın ticarət siyasətində ciddi dəyişikliklər gözlənilir, xüsusilə də tariflərin artırılması ilə bağlı təhdidlər. Bütün dünya rəsmiləri artıq bu mümkün dəyişikliklərə qarşı cavab tədbirlərini nəzərdən keçirməyə başlayıb. Trampın prezidentliyi, qlobal ticarətdə ciddi dalğalanmalara səbəb ola bilər, amma bu dəyişikliklər hansı sektorlarda daha güclü şəkildə özünü göstərəcək?
Bu barədə Moderator.az- danışan iqtisadçı Eldəniz Əmirov qeyd edib ki, Donald Trampın ABŞ prezidenti seçilməsi ilə bağlı dünya iqtisadiyyatında baş verənlərin birinci dalğası Yeni il ərəfəsində hiss edilməyə başlandı:
 “Gözləntilər və fərqli proqnozlar səhm, kriptovalyuta, istiqraz bazarlarında ciddi artımlara gətirib çıxartdı. Neft qiymətlərində isə müəyyən azalmalar müşahidə olundu. Lakin, görünən odur ki, Trampın seçkiöncəsi verdiyi vədlərlə, hakimiyyətə gəldikdən sonra həyata keçirmək istədiyi siyasətlər arasında fərqlər olacaq. Bu, xüsusilə Kanada və Qrenlandiya ilə bağlı verdiyi bəyanatlarda açıq şəkildə görünür”.
 
İqtisadçı əlavə edib ki, Trampın neft qiymətlərini ucuzlaşdıracağı ilə bağlı dedikləri və tarif siyasətinin sərtləşdirilməsi ilə bağlı açıqlamaları arasında da fərqlər olduğu anlaşılır:
“Bu fərqlər, onun prezidentlik dövründə dünya iqtisadiyyatında böyük dəyişikliklərə yol açıb-açmayacağına dair suallar doğurur. Trampın prezidentliyinin başlanması ilə dünya iqtisadiyyatında ciddi problemlər yaşanmayacaq. Əksinə, bu cür iqtisadi xəbərlər və qeyri-dəqiq proqnozlar, bazarlarda təlatüm yaratmaq məqsədilə irəli sürülən şayiə xarakterli məlumatlar kimi qiymətləndirilə bilər. Bəzi informasiya agentlikləri və qlobal maliyyə təsisatları bazarları silkələmək üçün qeyri-dəqiq proqnozlar təqdim edə bilərlər”.
 
Mehin Mehmanqızı
 
Seçilən
6
moderator.az

1Mənbələr