AZ

Keçmiş vitse-spiker: ABŞ-Ermənistan tərəfdaşlıq sənədi ölkəyə yaxşı heç nə gətirməyəcək

ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında xartiyanın imzalanması ölkənin İran və Rusiya ilə münasibətlərini pisləşdirəcək.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistanın Respublikaçılar Partiyasının nümayəndəsi Eduard Şarmazanov bildirib.

"Ermənistan-ABŞ strateji tərəfdaşlığı haqqında xartiyanın imzalanması bizə heç nə verməyəcək, əksinə İran və Rusiya ilə münasibətləri pisləşdirəcək", - o bildirib.

E.Şarmazanov, həmçinin qeyd edib ki, "mümkün ABŞ-İran münaqişəsi" halında ABŞ ilə belə bir sazişin imzalanması Ermənistan üçün ciddi problemlər yaradacaq: !Belə birmənalı olmayan geosiyasi vəziyyətdə Rusiya və İranla münasibətləri korlamaq sadəcə axmaqlıqdır".

O, həmçinin qeyd edib ki, bu cür sənədlərin digər ölkələr tərəfindən imzalanması onlara heç bir yaxşılıq gətirməyib: "Təhdidlər azalmayacaq, əksinə artacaq. Heç bir qərb əsgəri Ermənistanın təhlükəsizliyini qorumağa gəlməyəcək. Qərb Ermənistan Respublikasının anti-Rusiya və anti-İran olmasını istəyir".

Seçilən
1
report.az

1Mənbələr