AZ

Suriyada seçkilər keçiriləcək

1500-dən çox adamın daxil olacağı Suriya Qurucu Məclisi ölkədə seçkilər keçirəcək.

Oxu24.com xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.

“Suriya üçün yeni konstitusiya layihəsini hazırlayacaq və ölkəni seçkilərə aparacaq təsis məclisinin 1500 üzvü olacağı gözlənilir”, - deyə məlumatda bildirilir.

“Hürriyet” qeyd edir ki, Suriyanın yeni hökuməti Suriya cəmiyyətinin bütün təbəqələrinin əhatəliliyinə və təmsil olunmasına çalışır.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın parçalanmasının qarşısını alacağına söz vermişdi.

 

Miri

 

Seçilən
1
oxu24.com

1Mənbələr