AZ

Sərhəddən təcili XƏBƏR: Ermənistan yeni baza yaradır - Regionda vəziyyət DƏYİŞDİ

Eyni zamanda, Ermənistanın sərhəddə yeni təxribatlara hazırlaşdığı ilə bağlı xəbərlər narahatlıq doğurur. Belə ki, bu cür məlumatlar bölgədə gərginliyin daha da artacağı ilə bağlı ehtimalları gücləndirir. Hazırkı vəziyyət, xüsusilə də Azərbaycan-Ermənistan sərhədində müşahidə olunan son hadisələr fonunda ciddi diqqət tələb edir.

Bütün bunlar regional sülh və təhlükəsizlik məsələlərinin yenidən gündəmin mərkəzinə çıxmasına səbəb olub. ABŞ-ın bu prosesdəki rolu isə maraqla izlənir.

Məsələ ilə bağlı deputat Arzu Nağıyev Ajans.az-a açıqlamasında bildirib ki, sənədin detalları tam açıqlanmasa da, əsas məqsəd Ermənistanın ABŞ-lə strateji tərəfdaşlıq planını reallaşdırmaqdır:

"Bu, yalnız ABŞ-ın istəyi ilə həyata keçirilmir. Ermənistan daxilində də sənədin nəticələrinin hansı təsirlər yaradacağı müzakirə olunur. Bəzi ekspertlər hesab edir ki, bu sənəd Rusiyaya qarşı yönəlib və Bayden Administrasiyasının regionda nüfuzunu artırmaq üçün son addımlarından biridir."

Arzu Nağıyev qeyd edib ki, bu cür razılaşmalar Rusiyanın regiondakı mövqeyinə birbaşa təsir edə bilər:

"Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətini guya donduraraq, belə bir addım atmaqla Rusiyanın regiondan uzaqlaşdırılmasını gündəmə gətirir. Lakin məlum məsələdir ki, Rusiya regiondan çıxan deyil. NATO-Rusiya sərhədi məhz Türkiyə-Ermənistan sərhədidir. Bu səbəbdən, Rusiyanın razılığı olmadan Ermənistan ərazisində hansısa baza yerləşdirilməsi mümkün deyil".

Deputatın fikrincə, Ermənistanın bu addımı həm daxili, həm də xarici siyasətdə gərginliklərə səbəb olacaq. Ötən həftə Ermənistan parlamentinin Avropa İttifaqına üzvlük üçün müraciət etməsi də bu strategiyanın bir hissəsi olması ehtimalı böyükdür. Lakin bu siyasət Ermənistan üçün acınacaqlı nəticələr doğura bilər.

Arzu Nağıyev

Nağıyev bildirib ki, bu sənəd Ermənistanın maliyyə, hərbi texnika və təlimlərlə təmin olunmasını nəzərdə tuta bilər:

"Vaxtilə ABŞ Gürcüstanla da belə bir sənəd imzalamışdı və ötən il bu münasibətlərin necə nəticələndiyini gördük. Ermənistan üçün də bu cür addımların hansı problemlər yaradacağını yaxın gələcək göstərəcək."

Deputatın sözlərinə görə, Azərbaycan bu prosesləri diqqətlə izləyir və xarici siyasətində hər zaman uğurlu addımlar atır:

"Azərbaycan yaxşı bilir ki, Ermənistandan istifadə olunaraq Cənubi Qafqazda vəziyyətə nəzarət etmək cəhdləri edilir. Amma Azərbaycan öz milli maraqlarını qorumaqda qətiyyətlidir.

ABŞ-Ermənistan arasındakı strateji razılaşma regionda yeni geosiyasi reallıqların formalaşmasına səbəb ola bilər. Ermənistanın bu razılaşmadan nə qədər fayda götürəcəyi sual altındadır, lakin Rusiya və digər regional aktorların reaksiyaları yaxın dövrdə bölgədə vəziyyətin daha da gərginləşəcəyinə işarə edir",- deyə Arzu Nağıyev əlavə edib. 

Seçilən
1
50
Ajans.az

10Mənbələr