AZ

Amerikalı seçicilərin Trampın ikinci prezidentlik müddətindən gözləntiləri

Donald Tramp bu ayın sonunda Birləşmiş Ştatların 47-ci prezidenti olacaq. ABŞ seçicilərinin növbəti prezidenti ilə bağlı fərqli gözləntiləri var.

Ölkənin cənubundakı Missisipi ştatında Donald Trampın ikinci müddəti ilə bağlı gözləntilər qarışıqdır. Bobbi Co Harrell Trampa səs verib.

“Mən əlbəttə ki, onun sərhədin və bizim qanunsuz immiqrant məsələmizi nəzarət altına almasını istərdim. Mən bacardığım qədər hər kəsə kömək etmək tərəfdarıyam, xüsusilə də söhbət gənc uşaqlardan gedirsə. Amma mən həm də öz uşaqlarım və nəvələrimin mənim böyüdüyüm Amerikaya malik olmalarını istəyirəm,” o deyir.

Nyu yorklu transgender Angelo Mayer transgenderlərin səhiyyə xidmətinə qarşı olduğunu ifadə edən administrasiya altında bir gələcəkdən narahatdır.

“Bunu izləyən Respublikaçılar bilməlidirlər ki, trans uşaqlara sərmayə qoymaq öz uşaqlarına sərmayə qoymaq qədər vacibdir, çünki biz bu ölkəyə rəhbərlik edəcək növbəti nəsilik. Və bizim parlaq ideyalarımız, güclü gələcəyimiz var”, o deyir.

Şan Kaşinq Trampın diqqəti iqtisadiyyata yönəltməsini istəyir.

“Kampaniya vədlərini yerinə yetirsin və dediyi kimi, çaypuluna vergilərə son qoysun,” nyu-yorklu seçici deyir.

Mississippidə Ceri Helton iqtisadiyyatın əsas prioritet olduğu ilə razılaşır.

“Mən Prezident Trampın bizim üçün yaşayış xərcini yenidən azaltmasını istərdim. Mən maaşdan-maaşa yaşamaqdan yorulmuşam,” o deyr.

Pensilvaniyada Sammira Çerfaui Trampı onun reproduktiv və din hüquqlarına təsirindən narahatdır.

“Mən elə düşünürəm ki, qadın hüquqlarımı itirirəm. Mən elə düşünürəm ki, din azadlığımı itirirəm, çünki mənə elə gəlir ki, o sadəcə xristianlığı önə çıxarmaq istəyir. Və mən inanıram ki, bu ölkə hər bir dinə açıqdır. Mən belə hesab edirəm ki, məktəblərdə hər kəs din barədə öyrənməlidir, təkcə bir din deyil,” o deyir.

Texasda Tramp tərəfdarı Ross Barrera deyir ki, Trampın biznes təcrübəsi ölkəni doğru istiqamətə salmağa kömək edəcək.

“İnsanlar yorulub. Burada insanların istədiyi iş yerləridir. Onlar iqtisadiyyatın yaxşı olmasını istəyirlər. Onlar inflyasiyanın azalmasını istəyirlər. Onlar sərhəd təhlükəzisliyi istəyirlər. Onlar neft və yanacaq istəyirlər,” o deyr.

Missisipili seçici Yael Frausto üçün Trampın edə biləcəyi ən vacib şey açıq-aydın gündəlik irəli sürməsidir.

“Mən onun ölkədə irəli sürəcəyi siyasətlə bağlı açıq olmasını istəyirəm. Belə ki, biz, yəni həm Respublikaçılar, həm də Demokratlar Partiyasında hər kəs növbəti dörd ildə nəyi gözləməli olub-olmadığımızı bilək,” o deyir.

Tramp yanvarın 20-də Vaşinqtonda and içərək vəzifəsinin icrasına başlayacaq.

visiontv.az



Seçilən
1
visiontv.az

1Mənbələr