AZ

Nəriman Həsənzadə ürəyindən əməliyyat olunub - YENİLƏNİB

Xalq şairi Nəriman Həsənzadə Bakı Sağlamlıq Mərkəzində (BSM) əməliyyat olunub.

BSM-dən Adalet.az-a verilən məlumata görə, 93 yaşlı şair, dramaturq yanvarın 12-si axşam saatlarında tibb müəssisəsinə müraciət edib.

Qeyd olunub ki, müayinə zamanı pasiyentə tətbiq olunan ablasiya proseduru əsnasında altda öz ürək ritminin olmadığı aşkarlanıb və qısa müddətli kardiopulmonar resusitasiya (KPR) icra olunub. Ürək ritminin izlənməməsi səbəbindən pasiyentə müvəqqəti stimulator taxılıb və müvəqqəti stimulator sonrasında eyni seansda daimi stimulyator implantasiyası proseduru icra olunub. Pasiyent bir neçə saatlıq reanimasiya müşayiətinin ardından intensiv palataya keçirilib".

Məlumata görə, hazırda N.Həsənzadənin vəziyyəti yaxşıdır və yaxın günlərdə evə buraxılacaq.

***

12:07

Xalq şairi Nəriman Həsənzadə ürəyində yaranan narahatlıqla əlaqədar xəstəxanaya yerləşdirilib.

Adalet.az xəbər verir ki, bu barədə APA-ya Xalq şairinin köməkçisi bildirib.

    O qeyd edib ki, hazırda Xalq şairinin vəziyyəti yaxşıdır, müalicəsi davam edir.

    Seçilən
    2
    28
    adalet.az

    10Mənbələr