1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Bank BTB" 2024-cü ilin 4-cü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. Ötən il ərzində bank bütün göstəricilər üzrə müsbət dinamikanı davam etdirib.
Beləliklə, 2024-cü il ərzində bankın xalis əməliyyat mənfəəti 2023-cü ilin nəticələri ilə müqayisədə 91% artaraq 5.3 milyon manata çatıb. Eyni dövr ərzində bankın xalis faiz gəlirləri 9% artaraq 12.3 milyon manat, qeyri-faiz gəlirləri 31% artaraq 6 milyon manat, xalis qeyri-faiz gəlirləri isə 90% artaraq 4 milyon manat təşkil edib.
Bank ipoteka kreditləri üzrə mövqeyini qoruyur və sabit artımı nümayiş etdirməkdə davam edir. 2024-cü ilin 12 ayı ərzində Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu xətti ilə 161 müştəriyə 16.5 milyon manat həcmində, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi xətti ilə 88 müştəriyə 5.5 milyon manat həcmində kreditlər rəsmiləşdirib. Onu da qeyd edək ki, bu göstəricilər 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 36% artım deməkdir.
2024-cü ilin 4-cü rübün sonuna bankın məcmu kapitalı 51.1 milyon manat təşkil edib, bu da Mərkəzi Bankın minimum tələbindən (50 milyon manat) yüksəkdir. Məcmu kapitalın adekvatlıq göstəricisi 21.4% təşkil etməklə, Mərkəzi Bankın minimum tələbini (10%) əhəmiyyətli dərəcədə üstələyir.
"Bank BTB" ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.
Bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan "Facebook" və "Instagram" səhifələrinə, eləcə də 055 3000 946 "WhatsApp" nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.