Ronald Arauxo yanvarda “Barselona”nı tərk etməyəcək. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Kataloniya klubunun idman direktoru Deku uruqvaylı müdafiəçini komandada qalmağa razı sala bilib. Qeyd edək ki, 25 yaşlı futbolçunun “Yuventus”a keçəcəyinə dair xəbərlər yayılmışdı.
Arauxonun “Barsa” ilə müqaviləsi 2026-cı ilin yayına kimidir.