AZ

BEA bu il üçün qlobal neft tələbi üzrə proqnozunu azaldıb

Beynəlxalq Enerji Agentliyi (IEA) 2025-ci il üçün qlobal neft tələbi üzrə proqnozunu yeniləyib.

Agentliyin aylıq hesabatına əsasən, 2025-ci ildə gündəlik qlobal neft tələbatı 1,06 mln. barel artaraq (öncəki proqnoz ? 1,08 mln. barel), 103,96 mln. barel təşkil edəcək.

Qeyd olunur ki, 2024-cü ildə gündəlik qlobal neft tələbatı 102,9 mln. barel olub. Beləliklə, 2025-ci ildə gündəlik qlobal neft tələbatı 2023-ci ilin göstəricisi ilə müqayisədə 1,06 mln. barel artacaq.

Seçilən
2
1
banker.az

2Mənbələr