Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Mədət Vəkil oğlu Xankişiyev 1998-ci il yanvarın 15-də Cəlilabad rayonunun Çünzəli kəndində anadan olub.
QHT.az xəbər verir ki, 2019-cu ildə Quru Qoşunlarının hərbi hissəsinə müraciət edərək MAXE olaraq xidmət etmək istədiyini bildirib. 6 aylıq kurslardan sonra "kiçik gizir" olaraq xidmətə başlıyıb. Bir müddətlik xidmətdən sonra o, "gizir" rütbəsini alıb. Mədət Xankişiyev 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd, Kəlbəcər istiqamətlərində gedən döyüşlərdə iştirak edib və 18 oktyabr tarixində Qubadlının azad olunması zamanı qəhrəmancasına şəhid olub.
Mədət Xankişiyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Ruhu şad olsun!