AZ

"Avropa Liqasında "Bayer"lə matçlar 2024-cü ilin ən yaddaqalan anları oldu" - "Qarabağ"ın keçmiş qapıçısı

"Qarabağ"ın sabiq qolkiperi, hazırda “Dinamo”(Moskva) klubunun qapıçısı Andrey Lunyov Rusiya mətbuatına danışıb.

Sportal.az xəbər verir ki, “TASS” agentliyinə danışan təcrübəli qolkiper 2024-cü ildə ən yaddaqalan hadisəni xatırlayıb:

"Ötən il kifayət qədər məhsuldar, normal keçdi. 2024-cü ildə ən yaddaqalan hadisələr yəqin ki, Avropa Liqasındakı oyunlar oldu. Konkret desək, təbii ki, "Bayer"lə matçları nəzərdə tuturam".

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının 1/8 finalında “Bayer”ə iki oyunun cəminə (2:2, 2:3) görə uduzmuşdu. 2024-cü ilin iyulunda Lunyov “Qarabağ”dan ayrılaraq “Dinamo”ya keçmişdi. 

 

saytlarin hazirlanmasi

Seçilən
3
sportal.az

1Mənbələr