AZ

Bu ölkələrə getmədən öncə 2 dəfə düşünün – İrqçilik, millətçilik və şovenizm var!

Millətçilik bir şəxsin və ya bir xalqın öz milli kimliyini və maraqlarını müdafiə etməyə yönəlmiş ideologiya, hərəkət olaraq tanınır. Hər bir millətin millətçilik anlayışı müxtəlifdir, amma bəzi millətlər daha çox və ya daha aktiv şəkildə öz milli dəyərlərini və kimliyini müdafiə edirlər.

Sözügedən müstəsnalıq bəzən irqçilik və nasizm həddinə qədər gedib çıxır. Təbii ki, həmin millətlərin yaşadığı ölkələrdə də milli zəmində təzyiqlər çox zaman hiss edilir.

Yenisabah.az millətçilik və irqçiliyin yüksək olduğu ölkələri təqdim edir:

Serbiya

Tarix boyu hər zaman milli kimlik prinsipini əsas tutan serblər, müxtəlif vaxtlarda qonşu xalqlara qarşı amansız və qəddar addımları ilə seçiliblər. Albanları, xorvatları, Bosniya müsəlmanlarını və türkləri “düşmən” hesab edən serblər sözügedən xalqların nümayəndələrinə qarşı müxtəlif təzyiq üsullarından istifadə edir. Bu gün belə rasizmin ciddi dərəcədə hiss olunduğu Serbiyada müsəlmanların sərbəst səyahət və yaşam hüquqları olduqca məhduddur. 

Yunanıstan

Əzəmətli və dərin tarixə malik olan yunanlar, eyni zamanda, Osmanlı imperiyasına baş qaldıran və müstəqillik əldə edən ilk xalq kimi tanınırlar. Özlərini Makedoniya və Bizans kimi 2 imperiyanın varisləri hesab edən yunanlar Balkan yarımadasında yaşayan digər xalqları “qaraçı”, yaxud “barbar” adlandırır. Avropa İttifaqı dəfələrlə Yunanıstanı ölkə ərazisində yaşayan alban və türk azlığa qarşı qəddar rəftarı səbəbindən tənqid edib. 

Macarıstan

Avstriya-Macarıstan imperiyasının parçalanmasından sonra xeyli ərazi və siyasi nüfuz itirən macarlar artıq 1 əsrdən çoxdur ki, “Böyük Macarıstan”ın qurulması üçün çalışırlar. Serbiyanın Vovodina, Ruminyanın Transilvaniya əyalətlərinə və Ukraynanın bir hissəsinə iddia edən macarlar Mərkəzi Avropada “ən sevilməyən” xalq hesab edilir. Digər tərəfdən, Macarıstan ölkə gələn şərqli miqrantlara da olduqca sərt davranır.

Polşa

Son illər Polşaya ciddi miqrant axını və Avropa ölkələri ilə genişlənən əməkdaşlıq polyakları nisbətən mülayimləşdirsə də, bu ölkə hələ də “qoca qitə”nin ən irqçi ölkəsi kimi tanınır. Tarix boyu rusların, almanların və türklərin əsarəti altında yaşayan polyaklar üçün katolik kimlikləri müstəsna önəm kəsb edir. Bu gün belə qeyri-polyakları “xain” adlandıran polyaklar ölkələrinə gələn turistlərə qarşı heç də qonaqpərvər deyillər.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
1
yenisabah.az

1Mənbələr