AZ

AFFA “Mingəçevir qatilləri”nə güzəşt edəcək? – qurum rəsmisi belə dedi

"Mingəçevir”də danışılmış oyunlarla bağlı məsələ yekunlaşmaq üzrədi.

Daha əvvəl əsas şübhələrin Mövlan Kərimov, Xəyal Xudaverdiyev və Muxtar Nəzərlinin üzərində dayandığını, qalan beş futbolçunun azadlığa buraxıldığını yazmışıq. Böyük ehtimalla, AFFA İntizam Komitəsinin qərarıyla günahkar sayılacaq futbolçular ömürlük futboldan uzaqlaşdırılacaq. Bəs yekun qərar nə vaxt açıqlanacaq? Bu oyunçulara qarşı münasibətdə hansısa güzəştlərin edilməsi mümkündümü?

“Football-plus.az”ın AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədliyə ünvanladığı suallara qısa cavab verildi:

“Yekun qərar ictimaiyyətə açıqlanmayıb. Bu baş vermədikcə, belə suallara şərh verə bilmərik. Qərarın nə vaxt bilinəcəyi də hələ bəlli deyil”.

KƏNAN BAHADIR
Seçilən
2
football-plus.az

1Mənbələr