Yanvarın 14-nə keçən gecə Ukrayna Rusiyanı kütləvi birləşmiş hava hücumuna məruz qoyub.
Herbiand.az xəbər verir ki, Shot Telegram kanalı bunu Ukrayna Silahlı Qüvvələrinin yeni ildə həyata keçirdiyi ən güclü hava hücumu kimi xarakterizə edib. İki yüzdən çox pilotsuz təyyarə və beş uzaqmənzilli ATACMS raketi Rusiyanın regionlarına zərbələr endirib.
Tatarıstan və Saratov vilayətində hücumdan sonra sənaye obyektlərində yanğınlar başlayıb. Kazanda yerli Telegram kanallarının verdiyi məlumata görə, pilotsuz təyyarələr “Qazprom”a məxsus mayeləşdirilmiş qaz klasterinin bazasına hücum edib.
Baza ərazisində tankerər yanıb. Üç tankerin yandığı bildirilir. Tatarıstan hakimiyyətinin məlumatına görə, Ukraynaya məxsus pilotsuz təyyarələrin Kazan ətrafına basqın etməsi nəticəsində yaynan qaz çəni artıq söndürülüb. Tatarıstan rəhbərinin mətbuat xidmətinin yaydığı məlumata görə, insident nəticəsində xəsarət alan olmayıb.
Kazan hava limanında uçuş və enmələrə müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Rosaviasiya Penza, Ulyanovsk, Kaluqa, Tambov və Saratov hava limanlarında da uçuşları məhdudlaşdırıb.