AZ

TikTok 4 gün sonra ABŞ-də qadağan edilə bilər

Çin sosial media platforması TikTok ABŞ-də qadağan edilə bilər.

Ölkə.Az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, ABŞ Ali Məhkəməsində TikTok-u bu ölkədə qadağan edən və ya Amerika şirkətinə satılmasını nəzərdə tutan qanun layihəsi ilə bağlı işdə tərəflər dinlənilib.

Ali Məhkəmənin hakimləri bu qadağanın ABŞ Konstitusiyasının söz və ifadə azadlığı ilə bağlı Birinci Düzəlişlə uyğun olub-olmaması ilə bağlı şübhələrini dilə gətiriblər.

İclasda çıxış edən baş hakim Con Roberts tətbiqdən istifadə edənlərlə bağlı danışıb:

"TikTokdan istifadə edən 170 milyon insan onların bütün məlumatlarını toplayan xarici düşmənin mövcudluğunu qəbul etmir”.

İclasda Baş prokuror Elizabet Preloqar isə ABŞ hökuməti adından danışıb. O bildirib ki, TikTok illərdir amerikalılar haqqında "ətraflı profillər" yaratmaq üçün çalışır. Onun sözlərinə görə, tətbiq şantaj və casusluq üçün ciddi alətlər təmin etmək qabiliyyətinə malikdir.

ABŞ mediası yazır ki, Ali Məhkəmədə səsləndirilən fikirlər TikTok-un qadağan ediləcəyi barədə təəssürat yaradır.

Mərkəzi Çində olan "ByteDance" şirkəti paltformanın hüquqlarını ötürməsə və ya başqa cür qərar verilməsə, qadağa yanvarın 19-dan qüvvəyə minəcək.

Qeyd edək ki, həm ABŞ Prezidenti Co Bayden, həm də yeni seçilmiş prezident Donald Tramp keçmişdə tətbiqlə bağlı narahatlıqlarını ifadə edib. TikTok rəhbərliyi isə bu narahatlıqların spekulyativ olduğunu bildirib.

2022-ci ildə ABŞ Senatı milli təhlükəsizlik narahatlıqlarına görə, federal hökumət işçilərinə TikTok-u hökumətə məxsus cihazlara yükləməyi qadağan edib.

Merilend, Nebraska, Cənubi Karolina, Cənubi Dakota, İndiana və Texas da daxil olmaqla bir neçə ştat da TikTok istifadəsini qadağan edən oxşar qanunlar qəbul edilib.

Billurə
 

Seçilən
6
olke.az

1Mənbələr