AZ

Muxtar respublikada 1,5 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub

Naxçıvan, 15 yanvar, AZƏRTAC

Ötən il Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 1 milyard 539 milyon 514 min 500 manat olub.

Muxtar respublikanın Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu göstərici 2023-cü illə müqayisədə 3,1 faiz çoxdur.

Bu dövrdə əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 2,5 faiz artaraq 3277 manat olub.

Seçilən
2
1
azertag.az

2Mənbələr