AZ

Cənubi Koreya, ABŞ və Yaponiya birgə hava təlimi keçirdi

Şimali Koreyanın raket buraxılış sınaqlarından sonra Cənubi Koreya, ABŞ və Yaponiya birgə hava hücumundan müdafiə təlimi keçirib.

"Cebheinfo.az" “Yonhap” agentliyinə istinadən xəbər verir ki, Cənubi Koreya Müdafiə Nazirliyindən verilən açıqlamada ABŞ və Yaponiya ilə keçirilən birgə hava təlimində “F-15K” və “F-2” döyüş təyyarələri ilə yanaşı, “B-1B” bombardmançılarının da iştirak etdiyi qeyd edilib. 

Bəyanatda təlimin Pxenyanın raket sınaqları da daxil olmaqla müxtəlif nüvə və raket təhdidlərinə qarşı birgə qabiliyyətlərin inkişaf etdirilməsi üçün təşkil edildiyi ifadə edilərək, “Cənubi Koreya, ABŞ və Yaponiya Şimali Koreyanın təhdidlərinin qarşısını almaq və onlara birgə cavab vermək üçün əməkdaşlığı gücləndirəcək və üçtərəfli əməkdaşlıq təlimlərini davamlı olaraq genişləndirəcək", - deyə bildirib.

Cənubi Koreya dünən Şimali Koreyanın Yapon dənizinə (Şərq dənizi) doğru çoxsaylı qısamənzilli ballistik raketlər atdığını bildirib.

Seçilən
14
cebheinfo.az

1Mənbələr