AZ

Bayden Ağ Evi sənədlərlə dolu yük maşınları ilə tərk etməyi planlaşdırır

ABŞ-nin hazırkı Prezidenti Cozef Bayden Ağ Evi sənədlərlə dolu yük maşınları ilə tərk etməyi planlaşdırır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Məlumata görə, Ağ Evin yaxınlığında vəzifəsindən getməyə hazırlaşan Bayden administrasiyasının "sənəd və əşyalarının daşınması" üçün yük maşınları müşahidə edilib.

"Ehtiyatlı olmaq, qaydalara əməl etmək və bunu prezidentin həqiqətən də istədiyi kimi ənənələrə uyğun olaraq düzgün etmək üçün əlimizdən gələni edəcəyik", - agentlik sənədlərin təhvil verilməsinə hazırlıq prosesini şərh edən Ağ Evin mətbuat katibi Karin Jan-Pyerin sözlərini sitat gətirib.

Bildirilir ki, administrasiya "sənədlərin yoxlanılması və bölgüsü üçün yeni, daha təhlükəsiz protokol tətbiq etməyi" vəd edir. Bununla belə, AP-nin məlumatına görə, administrasiyanın dəyişməsi zamanı məxfi məlumatların qorunması üçün optimal təcrübələrin hazırlanması məqsədilə 2024-cü ilin əvvəlində yaradılmış xüsusi işçi qrupunun tövsiyələri hələ açıqlanmayıb.

Seçilən
9
1
report.az

2Mənbələr