AZ

Ermənistan Rusiyaya etiraz notası təqdim edib

Ermənistan
Ermənistanın Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkini yanvarın 15-də nazirliyə çağıraraq etiraz notası təqdim edib. 1news.az-ınErmənistan KİV-lərinə istinadən məlumatına görə, bu addım Ümumrusiya Dövlət Televiziyasının yanvarın 12-də yayımlanan “Vesti nedeli” (“Həftənin xəbərləri”) proqramında səsləndirilən bəyanatlarla əlaqədardır.
Ermənistan XİN-nin açıqlamasında bildirilir ki, verilişdə Ermənistan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş süni narrativlər təqdim olunub. “Görüş zamanı səfirə bu məsələlərlə bağlı narazılığımızı ifadə edən etiraz notası təqdim edilib,” - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, yanvarın 12-də yayımlanan proqramda Ermənistan-Azərbaycan münasibətləri, regional kommunikasiyaların açılması və Ermənistanın Avropa İttifaqına inteqrasiya prosesinə dəstək qərarına dair reportaj yayımlanıb.

Seçilən
2
1news.az

1Mənbələr