AZ

AZAL-ın təyyarəsinin “qara qutu”ları Qazaxıstana qaytarılıb

AZAL-a məxsus təyyarənin “qara qutu”ları Braziliyadan Qazaxıstana qaytarılıb və qəza ilə bağlı rəy vermək üçün komissiyaya təhvil verilib. Bu barədə “RİA Novosti” Qazaxıstan Baş Prokurorluğunun məlumatlarına istinadən xəbər verir.

“Həmin gün (təyyarə qəzasının baş verdiyi gün – red.) təyyarənin qəzaya uğramasını araşdırmaq üçün dövlət komissiyası yaradılıb, onun səlahiyyətinə “qara qutu”lardakı uçuş qeydlərinin deşifrə olunması daxildir. “Beynəlxalq Mülki Aviasiya haqqında” 7 dekabr 1944-cü il tarixli Çikaqo Konvensiyasına və digər beynəlxalq standartlara uyğun olaraq, “qara qutu”lardakı uçuş qeydləri Braziliya tərəfdən alınaraq ekspertiza üçün komissiyaya təhvil verilib”, - Baş Prokurorluqdan bildirilib.

Uçuş registratorları dekabrın sonunda Braziliyaya göndərilib, çünki uçuş braziliyalı Embraer E190 tərəfindən həyata keçirilirdi.

Bir gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında mətbuatda yayılan məlumatların qara qutulardakı məlumatlarla “təsdiq edilmədiyini” bildirmişdi. O, həmçinin vurğulayıb ki, Moskva və Bakı “istənilən məsələləri, o cümlədən hava qəzası kontekstində həll edə bilər”.

Beynəlxalq hüquq normalarına əsasən, qəzanın baş verdiyi Qazaxıstan Aktauda baş verən aviaqəzanın səbəbləri ilə bağlı yekun hesabat hazırlayacaq.

Almaz Həsənli

Seçilən
3
oxumeni.az

1Mənbələr