AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin "qara qutu"ları Braziliyadan Qazaxıstana gətirilib və rəy vermək üçün səlahiyyətli komissiyaya təhvil verilib.Bu barədə Qazaxıstan Baş Prokurorluğu məlumat yayıb."Təyyarə qəzasının baş verdiyi gün hadisənin səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradılıb. Qara qutuların oxunması bu komissiyanın səlahiyyətindədir", - Baş Prokurorluqdan əlavə ediblər.Qeyd olunub ki, iş üzrə tam və hərtərəfli araşdırmanı təmin etmək məqsədilə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir. "Hüquqi əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasına və Rusiya Federasiyasına beynəlxalq istintaq tapşırıqları göndərilib", - məlumatda bildirilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta