AZ

Donald Tramp artıq Ukraynadakı münaqişəni 24 saat ərzində bitirmək planlarından danışmır

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp artıq Ukraynadakı münaqişəni 24 saat ərzində bitirmək planlarından bəhs etmir.

Editor.az bildirir ki, İngiltərənin “Financial Times” (FT) qəzeti buna diqqət çəkib. Nəşrin mənbələrindən biri bunu Respublikaçı keçid komandasının “sözün əsl mənasında güc ideyasına aludə olması və güclü görünmək istəməsi” ilə əlaqələndirib və buna görə də Ukrayna münaqişəsinə yanaşmasını yenidən nəzərdən keçirmək məcburiyyətində qalıb.

Məqalədə bildirilir ki, indi, xüsusən də Tramp Kiyevə ilk növbədə avropalı müttəfiqləri vasitəsilə dəstəyi davam etdirməyi müzakirə edir.

Bundan əvvəl ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib ki, Amerikanın seçilmiş prezidenti mümkün qədər tez sülh bərqərar etməyə çalışsa da, nizamlanma məsələsində Moskvaya güzəştə getmək niyyətində deyil, çünki o, “Ukraynanı və onun suverenliyini xilas etmək istəyir”.

//Samir Qurbanov, Editor.az

Seçilən
2
1
editor.az

2Mənbələr