Avrozonanın üçüncü böyük iqtisadiyyatı olan İtaliyanın dövlət borcu noyabr ayında daha da artaraq 3 trilyon avronu keçərək rekord səviyyəyə çatıb.
İtaliya Mərkəzi Bankının məlumatlarına görə, oktyabrda 2 trilyon 981,3 milyard avro olan borc noyabrda 3 trilyon 5,2 milyard avroya yüksəlib.
Avrozonanın hasilata görə ikinci ən böyük iqtisadiyyatı olan İtaliyanın dövlət borcunun 2026-cı ilə qədər Xəzinədarlıq tərəfindən ÜDM-in təxminən 140%-nə yüksələcəyi proqnozlaşdırılır.