AZ

Moskva İrəvanın Avropa İttifaqına qoşulmasını xəyal hesab edir

İrəvanın Avropa İttifaqı ilə ticarəti Avrasiya İqtisadi İttifaqı ilə müqayisədə bir neçə dəfə azdır, Ermənistanın Avropa İttifaqı ilə ticarət dövriyyəsi azalır.

APA– xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

O, 11 ayın yeni statistikasını açıqlayıb: “Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 11,6 milyard dollar, Aİİ ilə isə təxminən 12 milyard dollardır. Bunu iqtisadiyyat və reallıq deyir.

“Aİ-yə qoşulma prosesinin başlanması haqqında” qanun layihəsinin təşəbbüskarları başa düşürlər ki, Avropa İttifaqına qoşulmaq “çox hipotetik bir şeydir” və Avrasiya İttifaqının tərkibində əldə etdikləri iqtisadi fayda və üstünlükləri itirmək istəmirlər”, – Rusiya rəsmisi qeyd edib.

Xatırladaq ki, Rusiya Baş nazirin müavini Moskvanın İrəvanın Aİ-yə qoşulma prosesinə başlamaq qərarını Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxmasının başlanğıcı kimi qiymətləndirdiyini bəyan edib.

Seçilən
0
6
azpost.info

7Mənbələr