Misli Premyer Liqasının hazırkı autsayderi “Səbail” sponsorsuz qala bilər.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Bayıl təmsilçisinin himayədarı ASCO artıq komandaya maliyyə ayırmağı düşünmür. Klubun gözləntilərin altında qalması sponsoru küsdürüb. Artıq stadiondan ASCO-ya aid plakatlar sökülür və onlar “Səbail”in loqoları, klubun adı yazılan bannerlərlər əvəzlənir.
Mövsümün sonunda şirkətin adının Bayıl arenadan götürüləcəyi də gözlənilir.