Pakistanda saxlanılan ümumilikdə 40 Əfqanıstan vətəndaşı sərbəst buraxıldıqdan sonra ölkələrinə qayıdıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Əfqanıstanın Qaçqınlar və Repatriasiya İşləri Nazirliyinin verdiyi məlumata görə, Pakistanda iki aydan beş ilədək həbsdə olan 19 məhbus bazar ertəsi azad edildikdən sonra Əfqanıstana qayıdıb.
Pakistanda saxlanılan 21 qeydiyyatı olmayan Əfqanıstan vətəndaşı bazar günü azad edilərək ölkələrinə qaytarılıb.
Nazirlik onu da bildirib ki, həbsdə olan 45 Əfqanıstan vətəndaşı üç gün əvvəl Pakistan həbsxanalarından azad edilərək evlərinə qaytarılıb.
Gülay