AZ

Dələduzlar insanları internetdə belə aldadır - Mütəxəssisdən AÇIQLAMA

Sosial media həyatımızın bir parçasına çevrilib. Sosial medianın müsbət cəhətləri olduğu kimi, mənfi cəhətləri də mövcuddur. Bunlardan biri də burada dələduzların toruna düşməkdir.

Sosial media istifadəçiləri bu dələduzlardan necə qorunmalıdır və nələrə diqqət etməlidilər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında İT mütəxəssisi Fərid Kazımov bildirdi ki, insanlar başa düşməlidilər ki, virtual məkan, kiber məkan adi həyatımızdan daha çox təhlükəlidir:

“Tanımaqdıqları insanlardan gələn mesajları oxumamalı, hətta silməlidirlər. "Whatsapp", "Telegram" və digər sosial şəbəkələrdən müəyyən zənglər olur ki, bu zəngləri açmamalıdılar. Tanımadıqları heç bir insanın dəvətini qəbul etməməlidilər. Bununla bağlı maarifləndirmə prosesləri olmalıdır və insanlar bir qədər daha ayıq olmalıdılar”.

Mütəxəssisin sözlərinə görə, dələduzlar tərəfindən aldadılan insanların əksəriyyəti əvvəllər internetdən istifadə etməmiş insanlardır.

“Araşdırma aparsalar görəcəklər ki, dələduzlar tərəfindən aldadılan insanların əksəriyyəti əvvəllər internetdən istifadə etməyiblər. Buna görə də onlar internetdə olan hər bir məlumata inanırlar, onlara olunan bir çox təkliflərin yalan olduğunu düşünmürlər. İstifadəçilər tanımadıqları nömrələrdən, maillərdən və ya sosial şəbəkə üzəridən göndərilən linklərə keçid etməməlidilər", - deyə F.Kazımov bildirdi.

Bənövşə HƏSƏNOVA

Seçilən
3
redaktor.az

1Mənbələr