AZ

Xaricdə attestatla təhsil alan şəxslərin diplomları sonra tanınır?

Hazırda ölkəmizdən xaricə təhsil almağa gedənlərin sayı 45000 nəfərdən çoxdur. Onların 38000-i Azərbaycanda keçirilən qəbul imtahanlarında yetərli bal toplamayıb, orta ümum təhsil məktəbini bitirmək haqqında attestatla xarici ölkələrə təhsil almağa gedənlərdir. 

Bu fikirləri Yeni Azərbaycan Televiziyasına açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, xarici ölkələrə təhsil almağa gedən şəxslər qayıdıb gəldikdən sonra Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq istəyirlərsə mütləq şəkildə diplomlarını tanıtmalıdırlar:

"Diplomların tanınması ilə bağlı dövlət tərəfindən təsdiqlənmiş qaydalar var. Qaydaların əsasını təşkil edir: mütləq şəkildə təhsil alan tələbələr həmin ölkənin ərazisində minimum əyani təhsil alırlarsa semestr ərzində 90 gün, qiyabi təhsil alırlarsa semstr ərzində 14 gün sözügedən ölkənin ərazisinsə olmalıdırlar. İkincisi, təhsil aldıqları universitet öz ölkəsində lisenziyalı olmalıdır. Həmin universitetin fəaliyyətinə icazə verilməlidir. Bundan başqa müəllimlik, mühəndislik, tibb və hüquq ixtisası üzrə təhsil alanlar qayıdıb gəldikdən sonra təkcə diplomlarını tanıtmaq üçün müraciət etmirlər, həmçinin bu ixtisas üzrə onlar Dövlət İmtahan Mərkəzində imtahan verməlidirlər. Ukrayna və Gürcüstana təhsil almağa gedən şəxslər isə diplomların tanınması üçün baxmalıdırlar ki, həmin ölkədə universitetlər lisenziyalı fəaliyyət göstərsin". 

Bir sözlə, xaricdə təhsil almağa gedən şəxslərin diplomlarının tanınması üçün ən vacib məqam tələb olunan müddət ərzində həmin ölkənin ərazisində olmaq və  universitetin lisenziyalı fəaliyyətidir.

Leyla Səməndər

Seçilən
9
yeniazerbaycan.com

1Mənbələr