AZ

"Ermənistanın qərbəyönümlü siyasət yeritməsi Rusiya tərəfindən cavabsız qalmayacaq" - Partiya sədri

\"Heç kəsə sirr deyil ki, Paşinyan qərbin layihəsidir və Fransanın da, Makronun da ona belə sahiblənməsi təsadüfi deyil. Ermənistan Rusiyanın əlindən Paşinyan vasitəsi ilə alınmağa çalışır. Paşinyan da onun oraya gətirilmə missiyasını icra edir. Avropa Birliyinə üzvlük haqqında qanun layihəsini qəbul edir, Amerikayla strateji tərəfdaşlıq müqaviləsi imzalayır, Fransanın az qala silahlı qüvvələrini öz ərazisinə gətirir. Bunlar hamısı Paşinyanın gözlənilən addımları idi. Niyə indi edir? Çünki Ermənistan şübhəsiz ki, varlığının 90%-ni Rusiyaya borcludur və Paşinyana qədər də belə idi. Həm qurulması, həm Qarabağın işğalı, həm də Ermənistanın iqtisadiyyatının hamısı Rusiyadan asılı idi. Paşinyan təzə gələndə istəsə də birbaşa Rusiyadan qoparaq qərbəyönümlü siyasət yürüdə bilməzdi, çünki bütün mexanizmlər çökərdi\".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında AĞ Partiya sədri Tural Abbaslı Ermənistanın Rusiyaya nota göndərməsindən və bu ölkənin ABŞ ilə strateji tərəfdaşlıq müqaviləsinin imzalanmasından danışarkən deyib.
 
Partiya rəhbərinin sözlərinə görə, Ermənistanın qərbəyönümlü siyasət yeritməsi Rusiya tərəfindən cavabsız qalmayacaq:

\"Paradoks hallar var, ölkə Avrasiya İttifaqının üzvüdür, indi isə Avropa İttifaqının üzvü olmaq üçün müraciət edirlər. Həm KTMT-nin üzvüdürlər, həm də ABŞ-lə strateji tərəfdaşlıq imzalayırlar. Bu o deməkdir ki, Ermənistan artıq Rusiyanın caynağından yavaş-yavaş sürüşüb çıxmağa çalışır, amma biz bilirik Rusiyanın qaynağından sürüşüb çıxmaq istəyən dövlətlərin taleyi necə olur və hələlik Ermənistan ola bilsin bunu dərk etmir, amma mən inanmıram ki, bütün bu addımlar Rusiya tərəfindən cavabsız qalsın. Düzdür, zamanında Azərbaycan Ermənistanın Rusiyaya qarşı etdiklərini eləsə idi, indi yəqin ki, rus tankları Bakıya qədər gəlmişdi. Niyə Ermənistana bu qədər loyal yanaşırlar? Çünki ruslar erməniləri, ermənilər də rusları özlərinə daha yaxın hesab edirlər, nəinki Azərbaycan-Rusiya. Amma görünən o oldu ki, Qarabağ müharibəsindən sonra Ermənistan rusların onları satdığını düşünür və ondan sonra antiterror əməliyyatında bir daha satdığını fikirləşir. 2021-ci ildə üç günlük sentyabr əməliyyatları olanda da onlar KTMT-yə müraciət etdilər ki, guya ərazi bütövlüyü pozulub, orada da Rusiya cavabsız qoydu, bütün bunları əsas gətirmək mümkündür. Rusiyanın bunlara reaksiyası necə oldu, onu zaman göstərəcək. Təbii ki, Azərbaycan öz maraqlarını güdür\".
  
\"Amerikayla strateji əməkdaşlıq müqaviləsi imzalamaq, Amerikanın qoşunlarını Azərbaycanla sərhəddə gətirmək və ya da Avropa İttifaqının missiyası adı altında ordunu gətirib Azərbaycanın sərhədində düzmək Azərbaycanın maraqlarına ziddir. Müharibə təhlükəsinə gəldikdə isə, təbii ki, Ermənistanda iri dövlətlər tərəfindən maliyyə əldə etdiyini düşünərək revanşist hissləri yarana bilər və aqressiya yarada bilərlər. Amma mən düşünürəm ki, bu zaman Azərbaycanın maraqları daha tez təmin olunar\".
 
Mikayıl Mirzəzadə
Seçilən
1
azxeber.com

1Mənbələr