AZ

Bakı üçün "kiçik Kanada", Zəngəzur üçün son presedent ... - Detallar masaya qoyuldu

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli Teleqraf.com-un suallarını cavablandırıb.
 
Moderator.az onunla müsahibəni təqdim edir:
 
- Son zamanlar Zəngəzur dəhlizi ətrafında müzakirələr artıb. Məsələnin aktiv müzakirə olunması prosesin irəliləməsinə necə təsir edə bilər?
 
- Zəngəruz dəhlizinin açılması Azərbaycan üçün olduqca vacibdir. İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra aparılan danışıqlarda bu məsələ daim gündəmdə saxlanılıb. Tələb odur ki, Ermənistan öz imzasına hörmət etsin. 10 noyabr 2020-ci ildə (Azərbaycan-Rusiya və Ermənistan arasında imzalanmış razılaşma) imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndində qeyd edilib ki, Azərbaycanın qərb rayonları ilə onun əsas hissəsi ilə, yəni Naxçıvana gediş-gəlişi Ermənistan təmin etməlidir. Təəsüf ki, erməni tərəfi hələ də bu öhdəliyi müxtəlif bəhanələrlə yerinə yetirməyib. Rəsmi İrəvan müxtəlif bəhanələrlə bu öhdəliyi yerinə yetirməkdən yayınır.
 
 
- Dəhlizin açılması bölgə üçün nə vəd edir? Ermənistanın inkarçı mövqeyi nəyə hesablanıb?
 
- Azərbaycan hər zaman danışıqlar yolu ilə Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu bəyan edib. Ölkə başçısının son müsahibəsində də bir daha açıq şəkildə bəyan edildi ki, Zəngəzur dəhlizi açılmalıdır və açılacaq. Bu Azərbaycan dövlətinin mövqeyidir. Ermənistanın bunu necə qəbul etməsi onun problemidir. İlk növbədə Ermənistan bölgədə olan vacib problemlərin həllinə çalışmalıdır. Bunlardan biri də Zəngəzur dəhlizi və regional kommunikasiyaların açılmasıdır. Əslində dəhlizin açılması Azərbaycanla yanaşı Ermənistan üçün də faydalıdır. İrəvan bu mühüm logistika xəttindən iqtisadi cəhətdən faydalana bilər. Ona görə də, erməni tərəfi bu məsələ ilə bağlı rasional qərar verməlidir.
 
- Kommunikasiya xəttlərinin açılmasına olan maneələr və prosesin yubanması bölgə dövlətlərinə necə təsir edəcək?
 
- Prosesin uzanması Ermənistan üçün heç də yaxşı nəticələnməyəcək. Əslində, Azərbaycan Prezidentinin son mövqeyi Ermənistana edilən növbəti xəbərdarlıq idi.
 
- Azərbaycanın Naxçıvan bölgəsi ilə sərbəst əlaqəsini təmin etmək istəyi buna maneə yaradan qüvvələri yenidən fəallaşdırıb. Faktiki olaraq artıq 5-ci ildir ki, 2020-ci ilin 10 noyabr Bəyannaməsinin sonuncu bəndi icra edilmir. Bunun fonunda bəziləri “Bakının kiçik Kanadası” presidentini ortaya atır. Bu hansı məntiqlə izah olunur?
 
- Bu heç də uğurlu müqayisə deyil. Kanada məsələsi bu yaxınlarda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp tərəfindən bəyan edilib. O iddia edib ki, Kanada ABŞ-nin 51-ci ştatı ola bilər. Bu Birləşmiş Ştatlar tərəfindən yeni bir mövqedir. Zəngəzur dəhlizi isə artıq 5-ci ildir ki, Azərbaycan tərəfindən gündəmdə saxlanılır. Tarixi Azərbaycan torpağı olsa da, Bakı digər ölkələrin ərazisinə iddia etmir. Bu mənada, Azərbaycanın başqa bir ölkəyə hərbi müdaxilə etmək, işğal niyyəti olmayıb. Hətta, Qərbi azərbaycanlıların Ermənistana, yəni tarixən yaşadıqları ərazilərə qayıdışı da ərazi iddiası kimi qaldırılmayıb. Bu ilk növbədə həmin insanların mənəvi-siyasi haqqı kimi dəyərləndirilir. Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışı fundamental insan hüquqları ilə bağlıdır. Zəngəzur dəhlizinin açılması heç də Azərbaycanın həmin bölgəni nəzarətə alması demək deyil. Məhz bu kontekstdə Kanada mövzusu ilə Zəngəzurun müqayisə edilməsi düzgün yanaşma deyil.
 
Seçilən
0
2
moderator.az

3Mənbələr