Los-Ancelesdəki meşə yanğınları səbəbindən "Oskar" mükafatı tarixdə ilk dəfə ləğv edilə bilər.
Publika.az xəbər verir ki, bu barədə "The Sun" nəşri yazıb.
Bildirilib ki, təşkilat komitələri yekun qərar qəbul etmək üçün hər gün vəziyyəti qiymətləndirir.
“Oskar mərasimi 96 illik tarixində ilk dəfə Los-Ancelesdə baş verən dəhşətli meşə yanğınları səbəbindən ləğv edilmək ərəfəsindədir. Rəsmi Oskar komitələri gündəlik olaraq vəziyyəti izləyir...”, - nəşr yazır.
Nəşrin mənbələrinə görə, yanğınla bağlı vəziyyət stabilləşsə belə, şəhərin bərpası üçün vaxt lazımdır. Bununla əlaqədar olaraq, kino mükafatının rəhbərliyi səyləri qurbanların dəstəklənməsinə yönəltmək və şəhər sakinlərinə kömək üçün vəsait toplamaq imkanlarını nəzərdən keçirir.