AZ

Paşinyan Rusiya ilə münasibətlərin "inkişafından" danışdı

Bunu respublikanın baş naziri Nikol Paşinyan Telegram kanalındayazıb.

O, iddia edib ki, Rusiya Federasiyası ilə münasibətlər həmişəkindən daha praktikdir: "Biz bu münasibətləri qarşılıqlı faydalı əməkdaşlığa və suverenliyə əsaslanaraq inkişaf etdirməyə çalışırıq”.

Vanetsyan:"ABŞ ilə saziş bizi yeni fəlakətə sürükləyəcək"
Eyni zamanda, Paşinyan qeyd edib ki, Ermənistanla Avropa İttifaqı arasında təmaslar həmişəkindən daha sıx olub. O, həmçinin ABŞ-ni ölkəsinin strateji tərəfdaşı adlandırıb.

Qeyd edək ki, son zamanlar Rusiya-Ermənistan münasibətləri gərginliyin pik həddinə çatıb.

Yanvarın 9-da Ermənistan hökuməti ölkənin Avropa İttifaqına (Aİ) daxil olması haqqında qanun layihəsinitəsdiqləyib. Ölkə rəhbərliyi Ermənistanın Aİ-yə üzvlük prosesinin başlandığını elan edib. Ermənistanın baş naziri Nikol Paşinyanın qeyd edib ki, ölkənin bloka daxil olması ilə bağlı qərar yalnız ümumxalq səsverməsi yolu ilə qəbul edilə bilər.

Rusiyadan bu məsələyəsərt reaksiyalargəlir. Rusiya Baş nazirinin müavini Aleksey Overçukdeyib ki, Ermənistanın Avropa İttifaqına daxil olması ölkənin Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyü ilə bir araya sığmır.

Dünən isə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken iki ölkə arasında strateji tərəfdaşlığı nəzərdə tutan sənəd imzalayıblar.

Sputnik Armeniya yazıb ki, İrəvan və Vaşinqtonun razılaşdırdığı bu sənəd amerikalıların Ermənistana “dəstəy”ini nəzərdə tutur. Razılaşma bir sıra əsas sahələri əhatə edir.
Tural Tağıyev
AzVision.az

Seçilən
22
23
azvision.az

10Mənbələr