Qastronomiya baxımından dünya çoxdan “qütbləşib”. Əgər Almaniya və Çexiyada pivə, Fransa və İtaliyada şərab, Rusiyada araq dəbdədirsə, Azərbaycanda qonağın qarşısına çayla, kababla, dolma ilə çıxılır. Belə fərqlər avtomobil sektorunda da mövcuddur.
Avtosfer.az xəbər verir ki, eyni yanaşma avtomobil sahəsində də mövcuddur. İstehsalçılar artıq dünyanı öz aralarında bölüblər. Bu şərti bölgü uzun illər ərzində formalaşıb.
Tesla şirkəti nisbətən cavan olsa da, bazarda özünə yer tapa bilib. Bu şirkətin elektromobilləri Şimali Amerika və Skandinaviyada populyardır.
Alman brendlərindən BMW və Mercedes Çin, MDB və Mərkəzi Avropada daha populyardır. FİAT-ı isə hər zaman olduğu kimi Cənubi Afrikada daha çox sevirlər. Toyota isə Afrika və Avstraliyada daha populyardır.
Vüqar