AZ

“Qış Parkı” tikilərkən evləri sökülənlərə 2,9 milyon ödənilməlidir – AİHM qərar verdi


Avropa İnsan Haqları Məhkəməsi (AİHM) yanvar ayının 14-də Azərbaycanla bağlı yeni qərarını elan edib.
Yeniavaz.com
“Aihmaz.org”a istinadla xəbər verir ki, “İsmayıl Bağvanov və başqaları Azərbaycana qarşı” məhkəmə işinin predmeti Bakıdakı “Qış Parkı”nın inşası zamanı gələcək parkın ərazisindəki tikililərin, evlərin sökülməsi kontekstində mülkiyyət hüququ ilə bağlı yaranan mübahisələr olub.
“Füzuli, Səməd Vurğun, Şəmsi Bədəlbəyli və Topçubaşov küçələrində 500-dən artıq yaşayış və qeyri-yaşayış sahələri Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 24 sentyabr 2008-ci il tarixli sərəncamı ilə sökülüb, sakinlər köçürülüb. Bu işdə bütün ərizəçilər ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarına müdaxilənin baş verməsindən şikayət ediblər.
AİHM hələ 2022-ci ildə 14 ərizəni (İsmayıl Bağvanov, Dərya Quliyeva, Eldar Hüseynov, Kəmalə Əliyeva, İntizar Allahverdiyeva, Zərifə Allahverdiyeva, Pərviz Əmirov, Minəxanım Əzimova (bu işdə 5 ərizəçi vardı), Mehriban Əliyeva, Valeriya Mahmudova, Ruqiyyə Məmməd, Səadət Əzizova, Fuad Əliyev, Yasəmən Kərimova, Flora Qədirova, Rüxsarə Hüseynova, Afaq İsmayilova, Şirinbacı Rzayeva, Əli Rza və Lilya Əliyeva) birləşdirdiyi bu işdə ərizəçilərin mülkiyyət hüquqlarına müdaxilənin baş verdiyinə qərar vermişdi. Məhkəmə həmçinin, 4 ərizəçiyə münasibətdə Konvensiyanın 6-cı maddəsinin pozuntusunu da tanımışdı. Ancaq Məhkəmə, ərizəçiərə ədalətli təzminatların ödənilməsinə qərar verməyə hazır olmadığını vurğulayaraq, hökumətdən 3 ay ərzində müvafiq təqdimat göndərməsini istəmişdi.
AİHM yanvarın 14-də ərizəçilərin ədalətli əvəz tələbləri üzrə qərarını elan edib. Qərara görə, 3 ay ərzində ərizəçilərin hamısına maddi, mənəvi zərər əvəzi və xərc, məsrəflərin əvəzi ödənilməlidir. Ərizəçilərə ödənilməli olan təzminatın ümumi məbləği 1 milyon 693 min 892 avro (2 milyon 951 min 776 manat) təşkil edir.
Qərara əsasən, ərizəçilərdən İ. Bağvanova 370 min, D. Quliyevaya 98 min, E. Hüseynova 46 min, K. Əliyevaya 28 min, İntizar və Zərifə Allahverdiyevalara birlikdə 156 min, M. Əzimovaya 65 min, M. Əliyevaya 88 min, V. Mahmudovaya 122 min, R. Məmmədə 155 min, S. Əzizovaya 8,3 min, F. Əliyevə 30 min, Y. Kərimovaya 136 min, F. Qədirovaya 7,1 min, R. Hüseynovaya 106 min, A. İsmayılovaya 117 min, Ş. Rzayeva və Ə. Rzaya birlikdə 12 min və L. Əliyevaya 88 min avro məbləğində maddi zərər əvəzi ödəməlidir.
Qərar həmçinin, ərizəçilərdən L. Əliyeva, A. İsmayılova, F. Qədirova və Y. Kərimovanın hər birinə 4700 avro məbləğində mənəvi zərər əvəzi ödənilməsini nəzərdə tutur. Hökumət yerdə qalan 14 ərizəçinin hər birinə isə 3 min avro məbləğində mənəvi zərər əvəzi ödəməlidir.
Seçilən
3
4
yeniavaz.com

5Mənbələr